`Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artır`

`Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artır`
  02 Fevral 2015    Oxunub:2096
“Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı da yüksək qiymətləndirib”.
AzVision.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov parlamentin bugünki iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkədə pensiyalar artırılır, yeni iş yerləri açılır:

“Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Müxtəlif primitiv formada şərh verirlər. Məlum olduğu kimi məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsi, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub. Bu məsələlərə qarayaxma edirlər. Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artmaqdadır. Azərbaycan öz haqq yolundadır. Bu yolu davam etdirmək lazımdır”.

Anar Kəlbiyev




Teqlər:  



Xəbər lenti