`Dəyişikliyə ehtiyac yoxdur...`- Bahar Muradova
Girov qoymaqla namizədliyin qeydə alınması məsələsinə toxunan vitse-spiker qeyd edib ki, ümumiyyətlə belə bir dəyişiklik mümkün deyil.
`Ona görə ki, heç bir sosial dayağı olmadan, seçicilərin heç bir etimadını qazanmadan, onların etimadını qazanmaq üçün də heç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və status qazanır. Hətta iş elə gətirir ki, həmin adam millət vəkili olur. Sonrakı fəaliyyətində də həmin mövqedən çıxış edir`
Seçki komissiyalarının yenidən formalaşması məsələsinə aydınlıq gətirən B.Muradova deyib ki, hazırkı format ictimai-siyasi reallığa uyğundur.
`ATƏT-in Minsk qrupunun tərkibinin dəyişməsi yeni məsələ deyil. Bunlar bizi vadar edir ki, biz fəal olaq və öz işimizi aparaq. Sarkisyanın cani adlandırılmasına gəlincə isə bu bütün diplomatiyalarda istifadə olunan metoddur və bundan fəal istifaəd etmək lazımdır. Əminəm ki, gün gələcək ki, bir gün mütləq Sarkisyan kimilər ədalət məhkəməsi qarşısında cavab verəcək və öz cəzalarını alacaqlar. Biz həmçinin, sülh limitimizi qorumalıyıq və mövqeyimizi ATƏT PA-nın qış sessiyasında onlara çatdıracağıq`-deyə B.Muradova qeyd edib.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


