XİN Qarabağa getmək üçün icazə verdi

XİN Qarabağa getmək üçün icazə verdi
  02 Fevral 2015    Oxunub:2484
Azərbaycan Xarici İşlər Nazirliyi “New York Times” qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinə aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında deyib ki, Azərbaycan Respublikasının qanunlarına riayət edərək, Nyu-York Times qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.

Nyu-York Times tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün Nyu-York Times əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası xarici işlər nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib.


Teqlər:  



Xəbər lenti