Siyavuş Novruzovdan TƏKLİF

Siyavuş Novruzovdan TƏKLİF
  02 Fevral 2015    Oxunub:1406
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin yenidən çap edilməsi ilə bağlı çıxış edib. O qeyd edib ki, hablamalarıma görə, bu günə qədər Məcəllədə 1000-dən çox dəyişiklik olub.:

` Bu da məhkəmə və hüquq mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Bu baxımdan təklif edərdim ki, Milli Məclisin yaz sessiyası ərəfəsində İXM yenidən nəşr edərək cəmiyyətə yeni formada təqdim edək”.


Spiker Oqtay Əsədov isə S. Novruzovun təklifinə cavab olaraq deyib ki, İXM-nə dəyişiklik verənlərin əksəriyyəti də məhz hüquq mühafizə orqanlarıdır: “Odur ki, İXM-in yeni formada nəşrinə ehtiyac yoxdur. Çünki Məcəlləni yox, qanunları yenidən çap etməliyik”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti