Nazirlikdən xəbərdarlıq: qar gözlənilir
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 80-90, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 04-də hava şəraitinin axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoz
Fevralın 4-ü səhərdən 5-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Fevralın 5-i gündüz və 6-da meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlıq
Fevralın 4-ü gün ərzində və 05-də ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.







Vaxtında, Aydın, Lazımlı!


