50 mini mənimsəyən şəxsin işi məhkəmədə

50 mini mənimsəyən şəxsin işi məhkəmədə
  03 Fevral 2015    Oxunub:1696
“Aqrolizinq” ASC-nin Ağstafa və Tovuz “Aqroservis” filiallarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, istintaq zamanı Musa Muradovun 2007-2014-cü illərdə cəmiyyətin Ağstafa və Tovuz filiallarının müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə yolu ilə cəmiyyətə məxsus 50 min 458 manat dəyərində əmlakı mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti