Bələdiyyələrə qadağa qoyuldu

Bələdiyyələrə qadağa qoyuldu
  04 Fevral 2015    Oxunub:1864
Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib:

“Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”.


Teqlər:  



Xəbər lenti