`Lamiyəni qiyabi tanıyıram` - Uşağın atası danışdı

`Lamiyəni qiyabi tanıyıram` - Uşağın atası danışdı
  04 Fevral 2015    Oxunub:3720
Ombudsman Aparatı Quliyeva Lamiyə Sahib qızının dünyaya gətirdiyi uşağın atası ilə bağlı məlumat yayıb.
Aparatdan AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Quliyeva Lamiyə Sahib qızının dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.

Qeyd edilən məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə Müvəkkilə yazılı izahat verib.

Qeyd edilməlidir ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən bu məsələ ciddi araşdırılır, hər iki şəxsdən izahat alınmş, müvafiq analizlər götürülmüş və yaxın günlərdə nəticəsi açıqlanacaq.


Teqlər:  



Xəbər lenti