Xocalıya “Şəhid statusu”u verilməlidir - AÇIQLAMA

Xocalıya “Şəhid statusu”u verilməlidir - AÇIQLAMA
  04 Fevral 2015    Oxunub:1356
Xocalı şəhərinə “Şəhid statusu”nun verilməsi ilə bağlı Milli Məclisdə səsləndirilən təklifə bəzi deputatlar dəstək verib.

Xankəndindən olan deputat Flora Qasımova AzVision.az-a açıqlamasında bildirib ki, Xocalının soyqırıma məruz qalan şəhər olaraq tanınması və buna xüsusi statusun verilməsi gündəmə çıxarılıb.

O, bu təklifin Xocalıdan olan deputat Elman Məmmədov tərəfindən dəstəkləndiyini də söyləyib.

F. Qasımova bu təklifin müsbət dəyərləndiriləcəyini də qeyd edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə də təklifi dəstəkləyəcəyini söyləyib:

“Belə qanun layihəsinin hazırlanaraq, qəbul olunması mümkündür. Dünyada belə şəhərlərin sayı çox deyil. Bu məsələdə beynəlxalq təcrübəni də öyrənmək olar. Elman Məmmədovla həmfikirəm və hesab edirəm ki, Xocalıya “Şəhid statusu”nun verilərsə, daim bu şəhərdə baş verənlər insanların yaddaşında qalacaq. Bu həm də təbliğat formasıdır”.

Ç. Qənizadənin sözlərinə görə, Xocalı sakinlərinə bu çərçivədə hansı imtiyazların verilməsi də müzakirə mövzusu olmalıdır.

Ramil Məmmədli


Teqlər:



Xəbər lenti