Milli Məclisdə ukraynalı deputatlarla görüş olub
Ədəbi əlaqələrin intensivləşdirilməsinin vacibliyinə toxunan komitə sədri son zamanlar bu istiqamətdə mühüm addımların atıldığını söylədi. N.Cəfərov vaxtilə Azərbaycan ədəbiyyatının Ukraynada öyrənilməsi sahəsində görülən işləri qeyd etdi. Bildirdi ki, Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlı bu ölkənin həyatında fəal iştirak edir.
Görüş üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının deputatı Maria Matios Azərbaycana səfərdən məmnun qaldıqlarını və burada maraqlı görüşlər keçirdiklərini dedi. Qonaq parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirərək Ukrayna Ali Radasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun tərkibində çalışmaq istəyində olduğunu diqqətə çatdırdı.
Görüşdə digər çıxış edənlər ölkələrimizin ədəbiyyat sahəsində əməkdaşlığının genişlənməsi üçün atılan addımlardan danışdılar. Bu yaxınlarda hər iki ölkə yazarlarının əsərlərinin qarşılıqlı nəşr olunub tanıdılması üçün görülən işləri yüksək qiymətləndirdilər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


