10 min əsgərə sms

10 min əsgərə sms
  05 Fevral 2015    Oxunub:2061
Xəbər verdiyimiz kimi, artıq çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçəcəkləri barədə məlumatları qısa mesaj (SMS) vasitəsilə də öyrənə bilirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Nurəddin Heydərov AzərTAc-ın sorğusuna cavab olaraq bildirib ki, yanvar ayında SMS xidməti vasitəsilə 10 minə yaxın çağırışçı xidmət yerini öyrənib. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesajla göndərərək hansı qoşun növündə və ya hansı hərbi hissədə xidmət keçəcəkləri barədə məlumatı əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorların istifadəçiləri yararlana bilərlər.

N.Heydərov deyib ki, 33 minə yaxın şəxs isə çağırış haqqında məlumatı internet vasitəsilə öyrənib.


Teqlər:



Xəbər lenti