35 cinayətin üstü açıldı

35 cinayətin üstü açıldı
  05 Fevral 2015    Oxunub:1572
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti