Bakıda kütləvi dava: yaralılar var

Bakıda kütləvi dava: yaralılar var
  05 Fevral 2015    Oxunub:2566
Hadisədə iştirak etmiş 4 nəfər həbs edilib.
Bakının mərkəzində gecə saatlarında kütləvi dava olub. Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində, 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqlanıb. Onlara xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri - 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub.

Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti