Məhkəmədəki qətllə bağlı rəsmi AÇIQLAMA

Məhkəmədəki qətllə bağlı rəsmi AÇIQLAMA
  05 Fevral 2015    Oxunub:2042
Baş Prokurorluğun mətbuat xidməti ötən gün Balakən rayonunda törədilmiş cinayətlə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 4-də Balakən rayon məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılmış və orada aldığı xəsarətlərdən ölüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti