Əlibəyli atəş altında - ev yandı, yaralanan var

Əlibəyli atəş altında - ev yandı, yaralanan var
  06 Fevral 2015    Oxunub:2928
Tovuz rayonun Əlibəyli kəndi erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.

Əlibəyli sakinlərinin AzVision.az-a bildirdiyinə görə, düşmənin ötən gün axşam saat 7 radələrindən başlayaraq atəşkəsi pozması nəticəsində bir nəfər yaralanıb.

Kənd icra nümayəndəliyindən verilən məlumata görə, yaralanan şəxs kənd sakini Xatirə adlı qadındır. Onun hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Sakinlərin dediyinə görə, atışma zamanı evlərdən birində də yanğın baş verib. Hadisə yerinə yanğın söndürmə briqaları cəlb olunsa da yanğının qarşısını almaq mümkün olmayıb.

Düşmən tərəfin atəşkəsi pozması nəticəsində Əlibəylidə yerləşən evlərə ciddi ziyan dəyib. Atışma zamanı kəndin enerji təchizatında problem yaranıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti