Bahar Muradovadan ailə quran gənclərə MƏSLƏHƏT

Bahar Muradovadan ailə quran gənclərə MƏSLƏHƏT
  06 Fevral 2015    Oxunub:2009
"Yeni ailə quran gənclər ilk növbədə Ailə Məcəlləsinin mövcudluğundan, ümumilikdə qanunlardan xəbərdar olmalıdır".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Sədr müavininin sözlərinə görə, ailədə yalnız şəriətə və dini qanunlara istinad etmək olmaz: "Biz dünyəvi ölkədə yaşayan insanlar kimi bu məsələlərə milli-mənəvi dəyərlər gözündən baxmalıyıq".

Vitse-spiker qeyd edib ki, cəmiyyətdə qanunlarla yanaşı, milli-mənəvi dəyərlərimiz də mühüm rol oynayır: "İlk növbədə qanunlara istinad edilməlidir. Cəmiyyətdə insanlar yanlış çağırışların arxasınca getməməlidirlər. Çünki bunların hamısı heç də mütərəqqi olmur. Hətta bəziləri mürtəce xarakter daşıyır. Bizi təhdid edən çağırışlar ölkədə sabitliyin pozulmasına cəhd edə bilər və biz bunun şahidi oluruq".

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti