5-cilər imtahandan azad edildi

5-cilər imtahandan azad edildi
  06 Fevral 2015    Oxunub:1716
"Bu il 5-ci sinif üzrə monitorinq imtahanı keçirilməyəcək. Yalnız 6, 7-ci sinif şagirdlərinin monitorinq imtahanı olacaq".
AzVision xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

TQDK sədri vurğulayıb ki, beşinci siniflərin monitorinq imtahanı üçün bu il vaxt çatmır:

"Çünki monitorinq imtahanı tədris ilinin sonu, yəni may ayında keçiriləcək. İyun ayında isə Olimpiya oyunları başlayacaq. Buna görə də monitorinq imtahanları may və iyul aylarında baş tutacaq. İyun ayında imtahan keçirilməyəcək".

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti