Sabiq müdafiə nazirindən İlham Əliyevə MƏKTUB

Sabiq müdafiə nazirindən İlham Əliyevə MƏKTUB
  06 Fevral 2015    Oxunub:4346
Sabiq müdafiə naziri, general-mayor, Respublika Veteranlar Təşkilatının sədri Dadaş Rzayev prezident İlham Əliyevə məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, sabiq nazirin məktubu prezidentin 2 fevraldakı imzaladığı sərəncamla bağlıdır.

Həmin məktubu təqdim edirik:

`Möhtərəm cənab Prezident!

Sizin 2015-ci il 2 fevral tarixli Sərəncamınızla “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi” yubiley medallarının buraxılması veteranlar arasında böyük sevincə və ruh yüksəkliyinə səbəb oldu. Bu, veteranlarımıza göstərilən qayğının bariz nümunəsidir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən veteranlara göstərilən böyük hörmət və qayğı bu gün Sizin tərəfinizdən davam etdirilir. Bununla bağlı çoxsaylı misallar göstərmək olar.

Cənab Ali Baş Komandan, bütün veteranlar bu Sərəncamınıza görə Sizə öz minnətdarlıqlarını bildirirlər. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırlar. Veteranlar həmişə Sizinlədir`.

AzVision.az


Teqlər:  



Xəbər lenti