İbadoğlu və tərəfdarları Müsavatı boykot etdi

İbadoğlu və tərəfdarları Müsavatı boykot etdi
  07 Fevral 2015    Oxunub:1610
Bu gün fəaliyyəti ilə əlaqədar Müsavat Partiyasının Divanına çağırılan başqanlığa sabiq namizəd, ADR Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlu Müsavatın Divanına qatılmaqdan imtina edib.
Q.İbadoğlu və tərəfdarları Divanın iclasını tərk ediblər. Q.İbadoğlu bildirib ki, əvvəlcədən toplantıda videoçəkiliş, səs yazısı və müşahidəçilərin olacağı razılaşdırılsa da partiya rəhbərliyi Divanın iclasına qatılarkən ona bildirilib ki, videoçəkilişin aparılması qadağandır. Onlar da buna etiraz olaraq iclası tərk ediblər.

Q.İbadoğlu APA-ya açıqlamasında bildirib ki, onun iştirakı olmadan keçirilən iclasda veriləcək qərar məlumdur.

Müsavat Partiyasının Divanı onun iştirakı olmadan aparılıb. Daha sonra Qubad İbadoğlunun tərəfdarları Müsavat Partiyası Divanının qərarını gözləmədən qərargahı tərk ediblər.

Q.İbadoğlu bildirib ki, onun iştirakı olmadan keçirilən iclas nizamnaməyə ziddir.

Qərarın formal xarakter daşıdığı üçün onları maraqlandırmadığını deyən Q.İbadoğlu qeyd edib ki, hansı qərarın veriləcəyindən asılı olmayaraq o və tərəfdarları partiyadakı fəaliyyətini davam etdirəcəklər.


Teqlər:  



Xəbər lenti