Qubad İbadoğlu Müsavatdan çıxarıldı

Qubad İbadoğlu Müsavatdan çıxarıldı
  07 Fevral 2015    Oxunub:2193
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.
Partiyadan AzVision.az-a verilən məlumata görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Divan üzvü Nemət Kərimli Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu doğum günü münasibətilə cəzaçəkmə müəssisəində ziyarət edib, Müsavat Partiyası adından onun doğum gününü təbrik edib.

Daha sonra Müsavat Partiyası Nərimanov rayon təşkilatının üzvü Qubad İbadoğlunun VIII Qurultayından sonrakı fəaliyyəti müzakirə olunub. Qubad İbadoğlu partiyanın təməl prinsiplərini, partiya Nizamnaməsinin preambulasının 6-cı və Nizamnamənin 1.9-cu bəndini kobud surətdə pozduğuna görə Müsavat Partiyası sıralarından xaric edilib.

Sonda cari məsələlərə baxılıb.


Teqlər:  



Xəbər lenti