Düşmən Əlibəylidə 100-dən çox evə ziyan vurub

Düşmən Əlibəylidə 100-dən çox evə ziyan vurub
  07 Fevral 2015    Oxunub:1916
Ermənistan Silahlı Qüvvələrinin iriçaplı silahlardan atəşə tutduqları Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndində dağılmış evlər bərpa olunur. Belə ki, atəşəkəsin pozulması nəticəsində kənddə yanan və zərər dəyən evlər müxtəlif tikinti materialları ilə təchiz olunub.
Bu barədə AzVision.az-a Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev məlumat verib. O, qeyd edib ki, ermənilərin iri çaplı silahlardan atəş açmaları nəticəsində kənd sakini İsmayıl Nəbiyeva məxsus evdə yanğın baş vermişdi. Hazırda evə dəymiş ziyan aradan qaldırılır, tikinti işləri aparılır:

“Bir neçə gündən sonra İsmayıl Nəbiyev və ailəsi yenidən öz evlərinə qayıdacaqlar. Rayon İcra Hakimiyyəti tərəfindən evlər üçün lazımı olan bütün materiallar kəndə gətirilib. Hazırda kənddə dağılan evlərin bərpası istiqamətində işlər görülür”.

V. Rzayev həmçinin qeyd edib ki, atışma zamanı qolundan yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xatirə Əliyevanın da vəziyyəti yaxşıdır:

“Bir neçə gündən sonra onu xəstəxandan evə buraxacaqlar. çıxaracaqlar. Hazırda müalicəsi davam edir”.

İcra nümayəndəsinin bildrdiyinə görə, atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan görüb.

Hazırda kənddə sakitlik hökm sürür.

Hafiz ƏHMƏDOV


Teqlər:  



Xəbər lenti