Arif Əsgərovun idarəsindən hökumətə təqdimat

Arif Əsgərovun idarəsindən hökumətə təqdimat
  08 Fevral 2015    Oxunub:1755
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatının 2015-2020-ci illərdə inkişafına dair proqram hazırlanaraq hökumətə təqdim olunub.

AzərTAc xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov məlumat verib.

Q.Nəzirov bildirib ki, bu sənəd imzalandıqdan və ya əvvəlki Dövlət Proqramının müddətinin uzadılmasından sonra ölkə polad magistralının perspektiv inkişafında mühüm əhəmiyyət kəsb edən məsələlər də öz həllini tapacaq və Azərbaycanın dəmir yolu nəqliyyatının beynəlxalq standartlar səviyyəsində öz yerini müəyyənləşdirməsi mümkün olacaq.


Teqlər:



Xəbər lenti