Bakıda ətin qiyməti bahalaşdı
Belə ki, dana əti ötən həftə 6 manat, 6 manat 50 qəpik idisə, hazırda qiymət 7 manatdır.
AzVision.az-ın əməkdaşı Bakının bir neçə ət dükanında qiymət artımının şahidi olub.
Satıcılar bahalaşmanı belə izah ediblər:
“Əvvəl rayonlardan gətirilən meyvanları bir qədər ucuz qiymətə alırdıq. İndi onlar da qiyməti qaldırdığından biz də məcbur qalıb dana ətinin qiymətini 50 qəpik qaldırmışıq”.
Alıcılar isə ucuz qiymətə satışa çıxarılan ət məhsullarının keyfiyyətindən şikayətlənirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb. Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Anar







Vaxtında, Aydın, Lazımlı!


