“İlham Əliyev həmişə xəbərdarlıq edir ki...` - Siyavuş Novruzov
S. Novruzov Prezident İlham Əliyevin Münhen konfrası zamanı Ermənistan tərəfinə göndərdiyi sərt mesajlardan danışıb. Qeyd edib ki, ermənilərin Azərbaycan ərzisində keçirdikləri təxribatların qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq!
“Dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mövzusu ilə bağlı bütün çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, həmçinin Ermənistan tərəfinin işğalçı olması, beynəlxalq hüquq normalarına riayət etməmələri, mütəmadi olaraq atəşkəsi pozmaları, Azərbaycan ərazisində törətdikləri müxtəlif təxribatlar həmişə vurğulanıb.
Orada da qeyd olunub ki, Azərbaycanın ordusu kifayət qədər güclüdür və bu gün Cənubi Qafqa da ən güclü ordudur. Həm təlimlər, həm də təchizat baxımından həmçinin psixoloji durumu baxımından Azərbaycan ordusu kifayət qədər güclüdür. Azərbaycan ordusu istənilən an lazımı tapşıqları yerinə yetirməyə hazırdır. Cənab Prezidentdə bütün mesajlarında bildirir ki, bu münaqişə sülh yolu ilə həll edilsin. Lakin erməni riyakarlığı, saxtakarlığı buna imkan vermir.
Azərbaycanın rayonlarının işğal edilməsi, oradakı mədəni obyektlərin dağıdılması, dinc əhaliyə divan tutulması, girovlara işgəncə verilməsi Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsini bir daha göstərir. Prezidentimiz həmişə ermənilərə belə xəbərdarlıq edir. Münhen konfransında da o, yenidən belə bir xəbərdarlıq etdi”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


