Balıq ovunda kvotanı pozdular

Balıq ovunda kvotanı pozdular
  10 Fevral 2015    Oxunub:1674
Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2014-cü ildə 239 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilən 1295,2 ton kvotaya qarşı 880,6 ton balıq ovlanıb və bu, 2013-cü illə müqayisədə 11 faiz çox olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ovlanmış balığın 247 tonu siyənək, 164 tonu kilkə, 162 tonu kütüm, 157 tonu kefal, 52 tonu külmə, 46 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Ötən il kvotanın alınması üçün balıqçılar tərəfindən 39,5 min manat ödənilib.

AzVision.az


Teqlər:



Xəbər lenti