Herbert Salberin İrəvana səfəri ilə bağlı XİN-dən AÇIQLAMA

Herbert Salberin İrəvana səfəri ilə bağlı XİN-dən AÇIQLAMA
  10 Fevral 2015    Oxunub:1637
“Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır. Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər”.
AzVision.az XİN-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində separatçı rejimin qondarma “xarici işlər naziri” Karen Mirzəyanla görüşünə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşıdırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə də görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib”.


Teqlər:



Xəbər lenti