Bakı ən gəzməli şəhərlər sırasında

Bakı ən gəzməli şəhərlər sırasında
  10 Fevral 2015    Oxunub:4910
Bakı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, son illər yenilənən və inkişaf edən paytaxt Bakı şəhəri bu dəfə də nüfuzlu turizm saytı olan www.ucityguides.com-da turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.

Məqalədə 2015-ci ildə ziyarət edilməli olan 15 şəhər siyahısında Bakı şəhəri də yer alıb. Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi, Dünya İrsi siyahısında olan İçərişəhər və müasir Alov qüllələri paytaxtı ziyarət etmək səbəbləri kimi qeyd olunub.


Teqlər:



Xəbər lenti