Abel Məhərrəmov TQDK sədrini BDU-ya dəvət etdi

Abel Məhərrəmov TQDK sədrini BDU-ya dəvət etdi
  11 Fevral 2015    Oxunub:1973
“Hər il 100 min abituriyent ali məktəblərə imtahan verir, onların 30 mini qəbul olur, 70 min kənarda qalır. Bu 10-15 ildə bir milyon nəfər edir.Bu şəxslərin aqibəti barədə düşünməlkiyik. Onların peşə təhsili imkanları genişləndirilməlidir”.
AzVision.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

Rektor abituriyentlərin ali məktəbə hazırlıq prosesi və məktəblərin keyfiyyətində problemlərin olduğunu qeyd edib: “Ali məktəbə hazırlaşanlar yalnız ixtisas fənnləri oxuyurlar. Bunun nəticəsini ali məktəblərdə müşahidə edirik.İndi yalnız bir sahəni bilən mütəxəssis tələb olunmur, yaxşı mütəxəssis bir neçə sahəni bilməlidir. Bunun da əsas səbəbi şagirdlərin orta məktəbdə istiqamətli təhsil almalarıdır. Bunu aradan qaldırmaq üçün orta məktəbi gücləndirməliyik. Təhsildə keyfiyyətə fikir verməliyik. Bəzi yerlərdə vəziyyətin yaxşı olmadığını müşahidə edirik”.

Abel Məhərrəmov ali təhsil müəssisələrinə qəbul zamanı qızların sayının çox olmasından da narahat olduğunu deyib: “Statistik məlumatlarda da görünür ki, BDU-ya qəbul olanların 70%-i qızlardır. Digər ali məktəblərdə də rəqəmlər təxminən belədir. Bu nisbət magistraturada daha da artır. Oğlanların sayı 20%-ə enir.Nəticədə ali məktəbdə işə qəbul olunanların əksəriyyəti qızlar olur. Lakin bu da problem yaradır. Bir müddət sonra qızlar ailə qurur, daha sonra analıq məzuniyyəti fasilələri yaranır. Bu da işdəki sistemi pozur.Heç olmazsa, oğlanlar əsgərliyə aparılmasa, oğlan-qız nisbəti arasında bu qədər fərq olmaz.Milli Məclisdə də oğlanların magistraturaya qəbul olanda əsgərliyə aparılmaması müzakirə edilir”.

A.Məhərrəmov testlə qəbul olan abituriyentlərin ali təhsil müəssisələrində yazılı imtahanda çətinlik çəkdiyini deyib: “ Bu məsələni TQDK ilə müzakirə etmək istəyirik. Bunun üçün Məleykə xanımı universitetimizə dəvət edirik”.

Fatimə Kərimli
AzVision.az


Teqlər:





Xəbər lenti