İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu
  12 Fevral 2015    Oxunub:2681
Ötən gün Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 14 nəfəri saxlayıb.

AzVision.az-ın məlumatına görə, onlardan biri Türkiyə vətəndaşıdır, digər 13 əcnəbi şəxs isə Türkiyədən deportasiya ediləcək.

Qaziantep Polis İdarəsindən verilən məlumata görə, əcnəbi şəxslər arasında Azərbaycan vətəndaşları da var. Lakin, onların adları və neçə nəfər olduqları açıqlanmayıb.

Tutulanlar arasında azərbaycanlılarla yanaşı, Çeçenistan, Qazaxıstan, Özbəkistan və Türkmənistan vətəndaşları da var.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti