Azərbaycanda ağciyər transplantasiyası da mümkün ola bilər
ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun sözlərinə görə, ölkəmizdə orqan tranplantasiyası əməliyyatlarının sayı ilbəil artır: "Azərbaycanda orqan transplantasiyası əməliyyatlarında əsasən, canlıdan canlıya qara ciyər, böyrək köçürülür. Təəssüflər olsun ki, ağ ciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq". Millət vəkili, akademik Əhliman Əmiraslanov həmçinin bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.
Professor Nuru Bayramov, ass. Ruslan Məmmədov Azərbaycanda canlıdan qaraciyər transplantasiyası sahəsində mövcud problemlərdən söz açıblar.
Konfransda həmçinin orqan transplantasiyasında infeksiya, anesteziya, transplantasiya olunan xəstələrdə virus hepatitləri barədə məruzələr səsləndirilib. Ümumilikdə mütəxəssislər dünyada, həmçinin Türkiyədə və Azərbaycanda orqan köçürülməsinin müasir problemləri barədə fikir mübadiləsi aparıblar.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


