`Əli Kərimli hakmiyyətlə gizli danışıqlar aparmaq istəyir`
- Əli Kərimli bu görüşə qəsdən qatılmayıb. O, istəmir beynəlxalq təşkilatlar görsünlər ki, Azərbaycan hakmiyyəti ölkədə demokratik ənənələrə uyğun olaraq iqtidar-müxalifət dialoqu təşkil edir, siyasi partiyalarla görüş keçirir, problemləri birgə müzakirə edir. Əli Kərimli görüşə qatılmamasına bəhanə kimi başqa partiyaları göstərir. Bunun sənə nə adiyyatı? Görüşün təşkilatcısı Azərbaycan iqtidarıdır. Hansı partiyanı görüşə dəvət etmək hüququ onlardadır. Get, sözünü de, etirazını et. Nədən istəyirsən danış. Kimdir əlini sənin ağzına soxub, danışmağa qoymayan?- deyə Orduxanlı bildirib.
O, AXCP sədrinə sual edib ki, 17 nəfərin yanında deyil, 1 nəfərlə görüşmək istəməkdə məqsədi nədir: `Öyrəşmisən gizli danışıqlar aparıb, sövdələşmələr etməyə. Axı sən gizli danışıqlara gedib, sonradan xəyanət edənsən”.
Orduxanlının fikrincə, Müsavat Partiyası isə Əli Kərimlinin şantajından qorxaraq, görüşə qatılmayıb: `Fikirləşirlər ki, Əli Kərimli görüşlə bağlı bütün beynəlxalq təşkilatlara donosçuluq edəcək ki, Müsavat partiyası hakimiyyətlə yaxınlaşıb, onların maraqlarından çıxış edir. Məhz bu qorxudan görüşə qatılmadılar. Guya ki, Əli Kərimli kimin əsl müxalifət olması ilə bağlı sertfikat paylayanıdır`.
BAXCP sədrinin müavini özü həmin şəxslərlə dialoqu düzgün saymır: `Xarici dövlətin əlində alətə çevrilən siyasətçilərlə milli məsələləri birgə müzakirə etmək olarmı? Birmənalı şəkildə deyirəm ki, yox! Məncə, iqtidar bu qüvvələri görüşə dəvət etməməli idi. Sabah onlara başqa tapşırıq gəlsə, ayrı mövqedən çıxış edəcəklər. Odur ki, mən də bu qüvvələrlə dialoqun aparılmasının əleyhinəyəm. İqtidar-müxalifət görüşü çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndəsi Əli müəllim bildirib ki, belə görüşlər Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmsına birbaşa təsir göstərir`.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


