Rəsmi Bakı: `Biz atışmaları, terroru pisləyirik`
XİN-in yaydığı məlumata görə, Azərbaycan tərəfi terror aktı zamanı həlak olanların ailələrinə başsağlığı verib.
“Biz Kopenhagendə törədilmiş atışmaları pisləyirik. Qurbanların ailələrinə başsağlığımızı ifadə edirik”, - deyə, XİN-in müraciətində deyilir.
Qeyd edək ki, ötən gün naməlum silahlı şəxs öncə Kopenhagendəki kafelərdən birində müştərilərə atəş açıb, daha sonra isə yaxınlıqdaki sinaqoq binasına yönəlib. Polis hadisənin terror aktı olduğunu açıqlayıb.







Vaxtında, Aydın, Lazımlı!


