TQDK sınaq imtahanı keçirib

TQDK sınaq imtahanı keçirib
  16 Fevral 2015    Oxunub:1856
Magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün fevralın 13-dən etibarən onlayn sınaq imtahanı keçirib. TQDK-dan AzVision.az-a verilən məlumata görə, artıq 480 nəfərdən artıq bakalavr onlayn sınaq imtahanından istifadə edib.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilirlər.





Teqlər:  



Xəbər lenti