Hava yaxşı olsa, Sumqayıt yolu tez açılacaq...

Hava yaxşı olsa, Sumqayıt yolu tez açılacaq...
  16 Fevral 2015    Oxunub:1891
Bakı-Sumqayıt şossesində aparılan təmir işləri ilə əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bunu AzVision.az-a açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, həmin ərazidə köhnə asflat-beton örtüyü təmizlənir:

“Güman edirəm ki, qısa bir vaxta orada işlər yekunlaşacaq. Həmçinin aparılacaq işlər hava şəraitindən də asılıdır. Buna baxmayaraq ərazidə aparılan işləri tezliklə yekunlaşdırmağa çalışacağıq”.

P. Mürsəliyev qeyd edib ki, Bakı-Sumqayıt yolunun 9-cu kilometrində yeni tikilən yolötürücüsünün işləri yekunlaşmaq üzrədir.

Xatırladaq ki, "Azəryolservis" ASC Bakı-Sumqayıt yolunda və əks istiqamətdə avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranan problemlərin aradan qaldırılması üzrə iş aparır.

Hazırda Bakı-Sumqayıt yolunun 9-cu kilometrində yeni yolötürücünün tikintisi aparılır, yeni ikizolaqlı yol çəkilir və avtomobillərin istənilən istiqamətə hərəkət etməsi üçün dairə tikiləcək. Bu işlər Bakı-Sumqayıt avtomobil yolunun buraxılış qabiliyyətini artırmağa imkan verəcək. Bundan başqa, yeni yolun inşası sayəsində hərbi hissədən (bu yolda yerləşən) yol polisi postuna çıxış təmin ediləcək.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti