Bir gündə 52 cinayət

Bir gündə 52 cinayət
  17 Fevral 2015    Oxunub:1149
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.


Teqlər:



Xəbər lenti