`Onlar şərəflə dəfn edilib...`- Leyla Əliyeva
Ön sözdə deyilir: “...1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli qətliamlarından biri baş vermişdir. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının bölgənin mərkəzi Xankəndində dislokasiya edilmiş hərbi hissəsinin köməyi ilə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu hadisə dünya mediasının o zaman bölgədə olan bütün nümayədələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış, qətliam qurbanlarını şərəflə dəfn etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün var qüvvəsini səfərbər edib.
“Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı Xocalı soyqrımı haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.
Bu kitabın nəşri “Xocalıya ədalət” kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olmuşdur. Bunu nəzərə alaraq, kitabın bir sıra dillərə, o cümlədən rus dilinə tərcümə edilməsi məqsədəuyğun hesab edilmişdir. Ümid edirik ki, bu kitabla tanış olan hər bir oxucu “Xocalıya ədalət !” kampaniyasına öz dəstəyini əsirgəməyəcək.
Xocalı soyqırımına dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan “Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


