5 erməni deputatın mandatı ləğv edilir

5 erməni deputatın mandatı ləğv edilir
  17 Fevral 2015    Oxunub:1659
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanla yanaşı yaxın vaxtlarda bu partiyanı təmsil edən daha dörd deputatın mandatı əlindən alınacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, deputat mandatı ləğv ediləcək şəxslər sırasında Çarukyanın kirvəsi Karapet Quloyanın da adı var. Ermənistan parlamentinin reqlamentinə əsasən sessiyanın iclaslarının yarısından çoxunu üzrsüz səbəblərə görə buraxan deputatların mandatı ləğv edilir.

Qeyd edək ki, deputatların iclaslara qatılmaması məsələsini ölkə parlamentində Ermənistan prezidenti Serj Sarkisyan qaldırıb. O erməni deputatları intizamlı olmağa çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:



Xəbər lenti