TQDK-dan mənimsəmə iddialarına CAVAB

TQDK-dan mənimsəmə iddialarına CAVAB
  17 Fevral 2015    Oxunub:2304
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bir sıra ciddi problemlər toxunub. Xanım sədr qeyd edib ki, Azərbaycanda imtahan verən abituriyentlərin 50%-ə yaxını imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb, onların 64.7 faizi qəbul imtahanından “2” alıb.
“Biz bir nəslin ali və orta məktəblərə qəbul nəticələrini araşdırırıq. Statistika Komitəsinin məlumatına görə, 2003-cü ildə 137052, Təhsil Nazirliyinin nəticələrinə əsasən, 147 min uşaq birinci sinfə qəbul olub. 2012-ci 130 min doqquzuncu sinifi bitirib. Arada 17 min şagirdin aqibəti bizə məlum deyil”.

M. Abbaszadə həmçinin bildirib ki, 20 rayonun abituriyentlərinin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub. Bu açıqlamalardan dərhal sonra isə Təhsi Nazirliyi açıqlama yayıb. Açıqlamada TQDK tərəfindən göstərilən rəqəmlərdə yalnışlıqların olduğu qeyd olunub.

TQDK ilə Təhsil Nazirliyinin arasında davam edən gərginliyin fonunda müxtəlif iddialar ortaya atılıb. Son günlər ölkə mətbuatında yayılan məlumatlarda qeyd olunur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinin bəzi funksiyalarını ələ keçirib. Nəticədə hər iki qurum arasında gərginlik müşahidə olur.
Bu xəbərlər aydınlıq gətirmək məqəsdilə TQDK ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, TQDK Təhsil Nazirliyinin heç bir funksiyasını ələ keçirməyib:

“İcra orqanlarının vəzifə və səlahiyyət bölgüsü Prezident tərəfindən müəyyənləşdirilir. Təbii ki, bu dogru deyil”.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti