`Neftçi` 2000 min cərimələndi

`Neftçi` 2000 min cərimələndi
  17 Fevral 2015    Oxunub:1565
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.aziclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

15 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXII turunun "Qəbələ" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur(maddə 40).

Oyunun 52-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur(maddə 52).

14 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun "Sumqayıt" - AZAL matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur(maddə 40).

Oyununun 10-cu dəqiqəsində AZAL klubunun 41 №-li futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur(maddə 37.1).

11 fevral 2015-ci il U-19 Liqasının "İnter" - "Xəzər Lənkəran" matçının 56-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 77 №-li futbolçusu Əli Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır(maddə 37.1).

13 fevral 2015-ci il U-19 Liqasının "Rəvan" - "Xəzər Lənkəran" matçının 86-cı dəqiqəsində "Rəvan" klubunun baş məşqçisi Füzuli Məmmədov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanır(maddə 62).

9 fevral 2015-ci il Bakcell U-17 Liqasının "Xəzər Lənkəran" - "Sumqayıt" matçının 69-cu dəqiqəsində "Sumqayıt" klubunun 17 №-li futbolçusu Tural Fəttayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

12 fevral 2015-ci il U-16 Liqasının "Qarabağ" - "Xəzər Lənkəran" matçının 26-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 14 №-li futbolçusu Kamal Dənziyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır(maddə 42.3).

12 fevral 2015-ci il U-16 Liqasının "Simurq" - "İnter" matçının 69-cu dəqiqəsində "İnter" klubunun 17 №-li futbolçusu Nadir Qasımov təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır(maddə 42.1).

10 fevral 2015-ci il U-15 Liqasının "Qəbələ" - "Neftçi" matçının 62-ci dəqiqəsində "Qəbələ" klubunun 7 №-li futbolçusu Kamran Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

10 fevral 2015-ci il U-15 Liqasının AZAL - "Şahdağ matçının 67-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Vüqar Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır(maddə 42.3).

Oyun bitdikdən sonra AZAL klubunun 21 №-li futbolçusu Nizami Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır(maddə 42.3).


Teqlər:



Xəbər lenti