Millət vəkilindən Elnura dəstək

Millət vəkilindən Elnura dəstək
  18 Fevral 2015    Oxunub:2455
Millət vəkili Qənirə Paşayeva “O səs Türkiyə”nin finalına çıxan həmyerlimiz Elnur Hüseynova dəstək olub.
AzVision.az-ın məlumatına görə, Q. Paşayeva E. Hüseynovu “O səs Türkiyə”nin qalibi görmək istədiyini dilə gətirib.

Millət vəkili həmçinin E. Hüseynovun Azərbaycan mahnısı ifa etməsinə də biganə qalmayıb: “Afərin Elnur. "Ay Qız" ən sevimli mahnılarımızdandır. Ebru Gündeşlə əla duet oldu. İnşallah səni "O səs Türkiyənin" qalibi kimi görə biləcəyik”.

Qeyd edək ki, ötən gecə Elnur Hüseynov “O səs Türkiyə”nin yarımfinalında çıxış edib. E. Hüseynov musiqisi Tofiq Quliyevə, sözləri Rəsul Rzaya məxsus olan “Yalqızam, yalqız” mahnısını ifa edib. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz 8 iştirakçı arasında gedən mübarizədə 6-lığa daxil olub.

Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.

Elnur Hüseynov yarımfinal mərhələsində ikinci çıxışı söz və musiqisi Sertap Erenerə məxsus “Vur yüreğim” mahnısı olub. Sənətçi səsvermə nəticəsində finala vəsiqə qazana bilib.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti