`Heç bir təyyarə reysi təxirə salınmayıb`- AZAL

`Heç bir təyyarə reysi təxirə salınmayıb`- AZAL
  18 Fevral 2015    Oxunub:1650
“Hava şəraitinin kəskin surətdə dəyişməsi Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətinə heç bir təsir göstərməyib”.
AzVision.az-a açıqlamasında bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, ölkə ərazisində hava pis keçsə də, bu reyslərin hərəkətində hər hansı bir problemə yol açmayıb.

Onun sözlərinə görə, hava limanında təyyarələrin hərəkəti qrafikə uyğun olaraq həyata keçirilir.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti