Azərbaycanda vəzifəli şəxs həbs edildi

Azərbaycanda vəzifəli şəxs həbs edildi
  18 Fevral 2015    Oxunub:3674
Tikinti kooperativinin rəhbərinin qanunsuz əməlləri aşkar edilib.
Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə,“RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti