Vahid Əhmədov: “Manat yenə ucuzlaşacaq...”
“Belə ki, biz manatı qoruyub saxlayırıq, əhalinin əmək haqqısı, pensiyası və digər müavinətlərdə problem yaranmır, əhali normal yaşayır”.
Millət vəkili bildirib ki, amma bunun mənfi tərəfi də var ki, ixracı stimullaşdıra və rəqabət yönümlü məhsullar istehsal edə bilmirik.
“Çünki manatı qoruyub saxlayırıq. Belə qarara gəlinib ki, manat müəyyən qədər devalvasiyaya uğrasın. Bu birdən-birə deyil, tədricən olacaq. Düşünürəm ki, ilin axırına kimi hardasa 1 manat 1 avro səviyyəsinə gəlib çıxacaq. Amma əhali bunu hiss etməsin deyə bunu yumşaq edəcəklər ki, ölkəmizdə ciddi problem yaranmasın”.
Milli Məclisin üzvü qeyd edib ki, manatın devalvasiyası müəyyən qədər qiymət artımına səbəb olacaq:
“Ölkəmizdə əsas ödəmələr manatla həyata keçirilir və bu baxımdan müəyyən qədər artım ola bilər. Bu devalvasiyanın nə qədər müddətə olacağından asılıdır. Biri var 2 aya, biri də var 2-3 ilə çəksin. İlin sonuna kimi 3,5 və 7 qəpik səviyyəsində devalvasiya gedə bilər”.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


