Heydər Əsədov Parisə gedir

Heydər Əsədov Parisə gedir
  18 Fevral 2015    Oxunub:1730
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə keçiriləcək Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edəcək.
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə keçiriləcək 52-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə fevralın 19-dan 22-dək Fransada səfərdə olacaq. Nümayəndə heyəti sərgi çərçivəsində “İqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı” mövzusunda konfransda da iştirak edəcək.

Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər zamanı nazir Heydər Əsədovun Paris şəhərində yerləşən kənd təsərrüfatı üzrə müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.




Teqlər:



Xəbər lenti