“Facebook” Qarabağ səhvini düzəltdi

“Facebook” Qarabağ səhvini düzəltdi
  19 Fevral 2015    Oxunub:1954
Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

Qeyd edək ki, bir müddət öncə Qondarma Dağlıq Qarabağ Respublikasının Facebook səhifəsi rəsmi olaraq təsdiq edilmişdi. Təxminən 25 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti