İqtidardan Elnurun qələbəsinə reaksiya
AzVision.az xəbər verir ki, deputat Facebook səhifəsində Elnurun qələbəsi münasibəti ilə təbriklərini çatdırıb:
“Afərin, Elnur. Gənc istedaımızın qələbəsi hamıızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu Azərbaycan səsinin xaricdə də mənuniyyətlə dinlənməsinin qələbəsi idi. Bu ən əsası Azərbaycan-türkiyə birliyinin qələbəsi, azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbbtəinin qələbəsi idi. Biz birilkdə güclüyük”.
Qeyd edək ki, Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni finalda “O Sole Mio” opera əsərini, “Aşk” və “Lutch” mahnılarını ifa edib.
Yarışmanın sonuna Kaya Aslantepe adlı ifaçı ilə qalan Elnur Hüseynov səsvermə nəticəsində “O səs Türkiyə”nin ilk azərbaycanlı qalibi olub.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


