ASALA XİN-ə haker hücumu edib

ASALA XİN-ə haker hücumu edib
  19 Fevral 2015    Oxunub:2144
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (https://azvision.az/redirect.php?url=http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a veirlən məlumata görə, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.

İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib:

“Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır”-deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.


Teqlər:  



Xəbər lenti