Lebedev Azərbaycandan üzr istədi

Lebedev Azərbaycandan üzr istədi
  19 Fevral 2015    Oxunub:2226
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında” Qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.
Nazirlikdən AzVision.az-a bildirilib ki, məktubda Artemiy Lebedev 2010-cu ilin iyulunda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycanın aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.

Artemiy Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.

Artemiy Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.





Teqlər:  



Xəbər lenti