Səfirliyin maşını qəzaya düşdü

Səfirliyin maşını qəzaya düşdü
  20 Fevral 2015    Oxunub:2278
Bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində səfirlik maşını qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən anspress-ə istinadən xəbər verir ki, hadisə Puşkin küçəsində qeydə alınıb.

Belə ki, "İnfiniti" markalı avtomobillə "Toyota" markalı Türkiyə Səfirliyinə aid avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil ciddi şəkildə əzilib.

Bundan başqa, avtomobildə olan səfirlik işçiləri xəsarət alıb. Bildirilir ki, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti