Məlumat verilib ki, gün ərzində ermənilər tərəfindən Qaradağlı kəndi mütəmadi olaraq atəşə məruz qalsa da, dərsin keyfiyyətində və davamiyyətdə ciddi nöqsanlar qeydə alınmır.
Məktəbin müəllimi Sübhan Məhərrəmov bu il Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanda yüksək bal toplayaraq, təyinatla Qaradağlı orta məktəbinə göndərilib. S.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, könüllü olaraq Bakı şəhərindən cəbhə xəttində yerləşən Qaradağlı kənd orta məktəbinə gəlib və Tarix fənni üzrə dərs keçir. Məktəbdə digər fənnlər kimi Hərbi çağırışa hazırlıq fənni də yüksək keyfiyyətdə tədris olunur. Məktəbin 17 nəfərdən ibarət "Şahin" Hərbi İdman komandası zona və Respublika yarışlarında yüksək nəticələr əldə edərək, 2 və 3-cü yerlərə layiq görülüb. Komanda nümayəndələr önündən hərbi marşla keçərək, hərbi nümunələr nümayiş etdiriblər.
Daha sonra media nümayəndələri Tərtərin Qapanlı rayonunda yerləşən F. Həmidov adına Qapanlı kənd orta məktəbində olublar. Məktəbin direktoru Fitat Əliyeva jurnalistlərə bildirib ki, məktəbdə 159 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur. Ötən il məktəbin məzunu olan 13 şagird bitirib ki, onlardan 3 nəfər Türkiyə ali məktəblərinə, 4 nəfəri isə respublikanın müxtəlif ali məktəblərinə daxil olublar. Bu məktəb ümumilikdə 19 şəhid verib ki, onun 3-ü orta məktəbdə oxuduğu zaman düşmən gülləsinə tuş gəlib. Nazirlik rəsmiləri və media nümayəndələri açıq dərslərdə iştirak ediblər. Jurnalistlər məktəbdə müəllim və şagirdlərin əhvali-ruhiyyəsi və keçirilən dərslərin keyfiyyəti ilə maraqlanıblar. Məlumat verilib ki, gün ərzində məktəb ermənilər tərəfindən mütəmadi olaraq atəşə məruz qalsa da, dərsin keyfiyyətində və davamiyyətdə ciddi nöqsanlar qeydə alınmır.

Sonda Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə şagirdlərin əsgərlərlə görüşü keçirilib. Burada xidmət edən kəşfiyyatçılarımız öz nümunəvi çıxışlarını nümayiş etdiriblər. Daha sonra şagirdlərə ölkəmizdə silahlanmaya daxil olan yeni silahlarla barədə məlumat verilib və əsgər yataqxanası ilə tanışlıq olub. Nazirlik və media nümayəndələri əsgərlə birlikdə nahar ediblər.
Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşüblər.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


